“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Xocavənd kənd uşaq bağçasının ekskursiyası

News Image

Xocavənd kənd uşaq bağçasının ekskursiyası

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin dəstəyi ilə Xocavənd kənd uşaq bağçasının kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Azərbaycanın dilbər guşələrindən olan Göygöl və Hacıkənddə istirahət edərək xoş və mənalı gün keçirmişlər. Belə bir günün təşkilinə görə ittifaq üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə qayğı və diqqət üçün dərin təşəkkürlərini bildirdilər.

Qəbələyə ekskursiya

News Image

Qəbələyə ekskursiya

  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin təşkilati dəstəyi ilə Xocavənd rayon Kuropatkin kənd uşaq bağçasının kollektivinin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkil edilməsi üçün Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonuna bir günlük ekskursiyaları təşkil edildi. 

   İttifaq üzvləri onlara göstərilən bütün diqqət və qayğıya görə AHİK-nın və ETİHİ RK-nin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

15 iyun - Milli Qurtuluş Günü

News Image

15 iyun - Milli Qurtuluş Günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin köməyi ilə rayonun təhsil müəssisələrində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbirlər təşkil olundu.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

News Image

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər təşkil olundu.

Ümumdünya Əməyin Mühafizəsi Günü

News Image

Ümumdünya Əməyin Mühafizəsi Günü

ETİHİ Xocavənd Rayon Komitəsi


28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq, Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün müəyyən etdiyi " Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!" devizi altında rayonun təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olundu.


ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə şahmat yarışları keçirilib

News Image

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə şahmat yarışları keçirilib

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirildi.

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində Novruz tədbirləri keçirilib

News Image

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində Novruz tədbirləri keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində Novruz bayramı münasibətilə tədbirlər keçirildi və ittifaq üzvlərinə hədiyyələr verildi. 

Göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ Respublika Komitəsinə təşəkkür edildi. 

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə voleybol yarışı təşkil olunub.

News Image

ETİHİ Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə voleybol yarışı təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsi Uşaq-Gənclər İdman-Şahmat məktəbi ilə birlikdə rayonun təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol yarışı təşkil edildi. 

ETİHİ Xocavənd Rayon Komitəsi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər həyata keçirib.

News Image

ETİHİ Xocavənd Rayon Komitəsi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər həyata keçirib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində 8 Mart Beynalxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil olundu. Bütün qadınlar təbrik edildi və xoş arzular bildirildi. Bir qrup təhsil işçisinə gül buketi və mükafatlar verildi. 

ETİHİ Xocavənd Rayon Komitəsi "Xocalı" faciəsi qurbanlarını yad edib.

News Image

ETİHİ Xocavənd Rayon Komitəsi "Xocalı" faciəsi qurbanlarını yad edib.

26 fevral-Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Xocavənd rayonunun təhsil müəssisələrində anım tədbirləri keçirildi. Bir qrup təhsil işciləri ilə birlikdə "Ana harayı "abidəsi ziyarət olundu. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin,ruhları şad olsun!